"Fənərbağça"da ciddi İTKİ - FOTO

Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Levent Mercan minimum iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Levent Mercan minimum iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

meqale.com oxuya istinadən xəbər verir ki, "Fatih Karagümrük"dən transfer olunan Levent Mercan məşq zamanı ciddi zədə aldığından növbəti iki həftədə komandasına kömək edə bilməyəcək.

Joze Mourinyonun etimadını qazanan futbolçu "Fənərbağça" forması ilə son yeddi oyunun altısında meydana çıxıb.

Qeyd edək ki, 24 yaşlı futbolçunun hazırkı dəyəri 2.30 milyon avrodur.