“Fənərbağça” “Milan”ın ulduzunu ALDI

Türkiyənin "Fənərbağça" komandası Bosniya və Herseqovina millisinin üzvü Rade Kruniçin transferini açıqlayıb.

“Fənərbağça” “Milan”ın ulduzunu ALDI
Türkiyənin "Fənərbağça" komandası Bosniya və Herseqovina millisinin üzvü Rade Kruniçin transferini açıqlayıb.

meqale.com AZƏRTAC-a istinadən bildirir ki, 30 yaşlı yarımmüdafiəçi ilə 3,5 illik müqavilə bağlanacaq.

Oyunçu sözləşmə imzalamaq üçün bu gün İstanbula gələcək.

Qeyd edək ki, Rade Kruniç son olaraq İtaliya "Milan"ının formasını geyinib.