"Fənərbağça"nın Avropa Liqası matçını bu hakim idarə edəcək
Türkiyədə yerli "Fənərbağça" və Şotlandiyanın "Reyncers" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununun hakimləri bəlli olub.
meqale.com bildirir ki, qarşılaşma İspaniyadan olan ədalət təmsilçilərinə tapşırılıb.
Baş hakim Alexandro Hernandesə Xose Naranyo və Quadalupe Porras Ayuso kömək edəcək. Dördüncü hakim funksiyasını Xose Luis Munueyra yerinə yetirəcək.
VAR-da Sezar Soto Qrado, AVAR-da Valentin Pizarro Qomes əyləşəcək.