"Fənərbağça"nın əsas futbolçularından biri ayrılmaq istəyir - FOTO
Türkiyə millisinin futbolçusu İsmayıl Yüksek "Fənərbağça"dan ayrılmaq istəyir.
meqale.com xəbər verir ki, bu barədə yerli "Fotomaç" nəşri məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi az forma şansı əldə etdiyi üçün mövsümün sonunda İstanbul təmsilçisi ilə vidalaşmağı planlaşdırır.
Oyunçu Avropa klublarından gələcək təklifi dəyərləndirmək niyyətindədir.