"Fənərbağça" və "Beşiktaş"ın ulduzu “Survivor”da yarışacaq

Tv8-in sahibi Acun Ilıcalı "Survivor 2026 - All Star" komandasının daha bir məşhur isminin adını açıqlayıb.

Tv8-in sahibi Acun Ilıcalı "Survivor 2026 - All Star" komandasının daha bir məşhur isminin adını açıqlayıb.

meqale.com xəbər verir ki, bu barədə aparıcı sosial media hesabında paylaşım edib.

Məlum olub ki, bir zamanlar "Fənərbağça" və "Beşiktaş"da forma geyinmiş keçmiş ulduz futbolçu Mert Nobrenin yeni mövsümdə layihənin iştirakçılarından olacaq.

Qeyd edək ki,"Survivor 2026 - All Star"da Bayhan, Dilan Çıtak və Keremcem kimi tanınmış simalar mübarizə aparacaqlar.