“Fənərbaxça” öz meydanında qələbə qazandı
Türkiyə Super Liqasında XVIII tura yekun vurulub.
meqale.com xəbər verir ki, son oyun günündə 3 qarşılaşma baş tutub.
"Fənərbaxça" "Hatayspor"u qəbul edib. Görüşdə hesabı Yusuf En-Nesiri açıb. Lakin çox keçmədən qonaqlar Bilal Butobba ilə hesabı bərabərləşdirməyə nail olub.
Buna baxmayaraq, ilk hissəyə əlavə olunan dəqiqələrdə En-Nesiri dublunu rəsmiləşdirib. Bu, matçda həlledici qol olub - 2:1.