"Kızılcık şerbeti"ndəki bu səhnə Türkiyədə tənqid edildi
"Kızılcık şerbeti" serialında "Doğa" obrazını canlandıran aktrisa Sıla Türkoğlunun "ölüm" səhnəsi tənqid edilib.
meqale.com xəbər verir ki, izləyicilər həmin səhnələrin çox qeyri-peşəkar formada çəkildiyini yazıb. Belə ki, Doğanın illərdir həyat verdiyi bu obrazın adi bir görüntülərlə yox edilməsi izləyiciləri xəyal qırıqlığına uğradıb.
Həmin səhnənin həm tez, həm də keyfiyyətsiz çəkilməsi diqqətdən qaçmayıb.