Fərid Pərdəşünasa itki - FOTO
Azərbaycanda baş redaktor vəfat edib.
meqale.com xəbər verir ki, bu barədə Fərid Pərdəşünas öz feysbuk hesabında paylaşım edib.
"Çox kədərlənərək bildirmək istəyirəm ki, 10 ildən çoxdur mənimlə çalışan, "Technote"un baş redaktor vəzifəsini icra edən, dostum Emil Nəcəfovu (Emil Noisy) itirdik.
Böyük bir hekayə bitdi... Hər şey üçün çox sağol.
Səni heç vaxt unutmayacağıq!
Dəfn bu gün baş tutacaq. Gəlmək istəyən yaxın dostları mənimlə əlaqə yarada bilərlər", - deyə o, qeyd edib.
Fəridin qeyd etdiyinə görə onun ölüm səbəbi "Sepsis" ehtimal olunur.