FHN Bakıda reyd keçirdi - VİDEO

FHN Bakıda reyd keçirib, binaların yaxınlığındakı süni maneələr demontaj olunub.

FHN Bakıda reyd keçirdi - VİDEO
FHN Bakıda reyd keçirib, binaların yaxınlığındakı süni maneələr demontaj olunub.

Bu barədə meqale.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, son zamanlar paytaxt ərazisində baş vermiş yanğın hadisələri ilə mübarizə zamanı yanğından mühafizə bölmələrinin çevik və effektli fəaliyyət göstərməsinə mane olan bir sıra faktlar aşkar olunub. Belə ki, təhlillər zamanı binaların yaxınlığında müxtəlif ölçülü dirəklərin basdırılması, daş, beton parçaları və başqa vasitələrlə yolların hərəkət hissələrinin tutulması yanğınsöndürən və digər qəza-xilasetmə texnikalarının sərbəst fəaliyyətinə süni mane yaradan hallar kimi müəyyən edilib. Faktların aşkar edilərək aradan qaldırılması məqsədilə FHN-in Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətləri tərəfindən birgə reydlər keçirilib.