FIFA bəzi Türkiyə klublarına transfer qadağası qoydu

FIFA Türkiyədən altı klubun transferlərinə qadağa qoyulmasına qərar verib.

FIFA bəzi Türkiyə klublarına transfer qadağası qoydu
FIFA Türkiyədən altı klubun transferlərinə qadağa qoyulmasına qərar verib.

meqale.com oxuya istinadən xəbər verir ki, bir Superliqa komandasına qeyri-müəyyən müddətlik transfer qadağası, dörd Super Liqa və bir 1-ci Liqa komandasına üç transfer dövrü ərzində qadağa qoyulub.

Super Liqada "Kayserispor"a qeyri-müəyyən transfer, "Adana Dəmirspor", "Antalyaspor", "Ankaragücü" və "Konyaspor"a isə 3 transfer müddətinə qadağa qoyulub.

Superliqa komandalarından başqa, 1-ci Liqada liderliyini davam etdirən "Eyüpspor" da 3 müddətlik cəza alıb.

Qərardan sonra "Eyüpspor" sosial şəbəkədə cəzanın 24 saat ərzində ləğv ediləcəyini açıqlayıb.