FIFA Ermənistanı cərimələdi
FIFA Ermənistan Futbol Federasiyasını cərimələyib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qurum 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi ilə bağlı açıqladığı intizam qərarında məlumat yayıb.
Bildirilib ki, Ermənistan Futbol Federasiyası sentyabr ayında keçirilən oyunlarda baş verən qayda pozuntularına görə 13 min İsveçrə frankı (təxminən 16 min 250 ABŞ dolları) məbləğində cərimələnib.
Ali futbol qurumu Portuqaliya ilə qarşılaşmada qeydə alınan pozuntuları da qeyd edib. Buraya komanda tərəfindən edilən qayda pozuntuları, oyun zamanı intizam və təhlükəsizlik qaydalarının pozulması, meydançaya icazəsiz daxil olma və ya buna cəhd, həmçinin fişəng və digər predmetlərin istifadəsi daxildir.