Filarmoniyada tələbələrin violin konserti keçiriləcək

Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Hökümə Əliyevanın tələbələrinin konserti keçiriləcək.

Filarmoniyada tələbələrin violin konserti keçiriləcək
Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Hökümə Əliyevanın tələbələrinin konserti keçiriləcək.

meqale.com xəbər verir ki, konsert iyunun 21-i saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq.

Solistlər: Zərrin Əliyeva Xədicə Qasımova Mələk Mustafazadə Kənan Məmmədzadə  Səbinə Həsənzadə

İfaçıları Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək. Bədii rəhbər və baş dirijor Fuad İbrahimovdur.

Proqram: * A.Əliyev - Adagio * T.A.Vitali - Çakona * T.Bakıxanov - İmprovizasiya (Əsər Hökümə Əliyevaya həsr olunub)  * E.Chausson - Poema * H.Wieniawski -Violin və orkestr üçün konsert N°1 fis-moll, op.14 ( l hissə)  * P.Sarasate - Ch.Gounod`un "Faust" operasının fraqmentləri əsasında Fantaziya  * N.Paganini - Violin və orkestr üçün konsert N°1 D-dur, Op.6 (ll və lll hissələr)  • P.Sarasate - İspan rəqsi "Navarra"

Biletləri şəhərimizin kassalarından və ya iTicket.az saytından əldə edə bilərsiz