Finlandiyada tətil bir neçə böyük zavodun fəaliyyətini dayandıracaq

Finlandiyada ikigünlük kütləvi tətillər keçiriləcək.

Finlandiyada tətil bir neçə böyük zavodun fəaliyyətini dayandıracaq
Finlandiyada ikigünlük kütləvi tətillər keçiriləcək.

meqale.com report.az-a istinadən xəbər verir ki, bu barədə "Helsingin Sanomat" (HS) nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, tətillər Kilpilahti və Kokkola sənaye rayonlarında, o cümlədən "Neste" neft emalı şirkətinin zavodlarında keçiriləcək.

Bildirilib ki, bəzi zavodlarda iş fəaliyyəti dayandırılacaq.

Qeyd olunur ki, 7 minə yaxın insanın iştirakı gözlənilir. Etiraz aksiyalarının keçirilməsinə səbəb işçilərin hökumət islahatlarından narazılığıdır.