Fransa Azərbaycanla bağlı siyasətində bütün hədləri aşmaqdadır - Deputat
Fransanın dənizaşırı müstəmləkəsi olan Yeni Kaledoniyanın ərazisinə ezam edilmiş AZƏRTAC-ın əməkdaşına Fransa tərəfindən qanunsuz şəkildə peşəkar fəaliyyətinə müdaxilə göstərilərək ərazidən çıxarılması və bununla yanaşı jurnalistə qarşı qəddar, qeyri-etik davranış qətiyyət qəbul edilməzdir.
meqale.com xəbər verir ki. bunu Trend-ə açıqlamasında deputat Tural Gəncəliyev deyib.
O qeyd edib ki, bu Fransanın kağız üzərində söz azadlığından, demokratiyadan dəm vurduğunu göstərir.
"Fransa son zamanlar Azərbaycan və Cənubi Qafqazla bağlı siyasətində bütün hədləri aşmaqdadır. Azərbaycanlı jurnalistin Fransa müstəmləkəsindən əziyyət çəkən Yeni Kaledoniyadakı vəziyyəti işıqlandırarkən fəaliyyətinin qarşısının alınması Fransanın iç üzünü ifşa etmiş olur. Fransanın bu hərəkətini bütün beynəlxalq təşkilatlar qarşısında qaldırmaq lazımdır. Bu, Makron diktaturasının ən qəddar şəkildə özünü biruzə verməsidir. Onun diktaturası Cənubi Qafqazda Ermənistanın hərbi avantüraya cəlb edilməsi, silahlandırması və digər təxribatlarını davam etdirir. Eyni zamanda öz müstəmləkəsi olduğu yerlərdə də insan haqlarını kobud surətdə pozur", - deyə o, qeyd edib.