Fransa işğalçı bir dövlətdir - Milli Assambleyanın deputatı

Fransa işğalçı bir dövlətdir. Müstəmləkəçiliyin başlanğıcı zorakılıqla, hərbi qüvvə tətbiqi ilə başladı.

Fransa işğalçı bir dövlətdir - Milli Assambleyanın deputatı
Fransa işğalçı bir dövlətdir. Müstəmləkəçiliyin başlanğıcı zorakılıqla, hərbi qüvvə tətbiqi ilə başladı.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə "Kolonializmin tamamilə aradan qaldırılmasına doğru" mövzusuna keçirilən tədbir zamanı Fransa Respublikasının Milli Assambleyasının deputatı Jean Victor Castor deyib.

"Bizim ərazilərimizin 90 faizi Fransa tərəfindən işğal edilib, idarə olunurdu. Burada yerli xalqlar azaldılıb. Yerli xalqların hüquqları tanınmayıb. Bütün təbii resursların istifadəsi bizə qadağan edildi",- deyə o əlavə edib.

O, açıqlamasının ardında qeyd edib: "Fransa işçiləri müqavilə ilə işə götürmür. Kasıblıq həddi 5 il ərzində 30 faizdən 54 faizə yüksəlib. Fransanın siyasəti həmçinin yerli xalqın mədəniyyətinin inkişafına mane olur və fransız dilindən istifadəni diktə edirlər. Yerli dildən istifadəyə icazə vermirlər. Məktəblərdə tədris edilən dərslər belə Fransa tərəfindən seçilir və ölkəmizi coğrafiyada Fransaya məxsus təqdim edirlər".

Qeyd edək ki, Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində "Kolonializmin tamamilə aradan qaldırılmasına doğru" mövzusuna həsr olunmuş tədbir keçirilir.

meqale.com