Fransız qoşunları Nigerdən BELƏ ÇIXIR - FOTO
Son fransız qoşunları Nigeri tərk edir.
meqale.com musavat.com-a istinadən bildirir ki, bununla bağlı REN TV Nigerdəki Fransa bazasından fotoşəkillər əldə edib.
Belə ki, fotolarda Fransa kontingentinin son üzvlərinin bazanı tərk etdiyini görünür. Onlar dekabrın 22-də Nigeri tərk edəcəkləri təyyarələrə doğru hərəkət edirlər.
Qeyd edək ki, Fransa qoşunlarının Nigerdən çıxarılması oktyabrda başlayıb. Ümumilikdə, Afrika ölkəsindəki Fransa hərbi kontingentinin sayı təxminən 1,5 min nəfərdir.