Fuad Zeynalova və ona hücum edən idmançılarla bağlı yekun QƏRAR

Yanvar ayının 5-də DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum edənlər haqqında Azərbaycan Kikboksinq Federasiyasının bu gün keçirilən iclasında qərar qəbul olunub.

meqale.com bildirir ki,  bu barədə oxuya açıqlamasında Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev məlumat verib.

"Qərara əsasən, Ramal Aslanov federasiyada tutduğu vəzifədən öz ərizəsi ilə azad olunur.

Azərbaycan Kikboksinq Federasiyasının nəzdində fəaliyyət göstərən, Elnur Həmidovun direktoru və baş məşqçisi olduğu "Dragon Fight Academy" idman klubunun lisenziyası ləğv olunur.

Fuad Zeynalovun Azərbaycan Kikboksinq Federasiyasının nəzdində məşqçi fəaliyyətinə xitam verilir.

Elşən Abdulrəhimov federasiyanın icraçı direktoru vəzifəsinə təyin olunur".