Futbolda qapıçılarla bağlı yeni DƏYİŞİKLİK

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyun qaydalarında dəyişiklik edib.

Futbolda qapıçılarla bağlı yeni DƏYİŞİKLİK
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyun qaydalarında dəyişiklik edib.

meqale.com xəbər verir ki, qurum qapıçılara tətbiq olunan topu əldə saxlama qaydası barədə müzakirələr aparıb.

Nəticədə növbəti mövsümdən etibarən, oyunda qapıçı topu əlində 8 saniyədən artıq saxlayarsa, rəqib komandaya küncdən zərbə veriləcək.

Hakimlər buna uyğun saniyəölçənlə təmin ediləcək. Bunu IFAB-ın mətbuat xidməti açıqlayıb.