Füzulidə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTO

Birinci Qarabağ müharbəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Quliyev Novruz Mahmud oğlunun Edilli kəndində kütləvi məzarlıqda aşkarlanan nəşinin qalıqları Füzuli rayonunda torpağa tapşırılıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, şəhid Novruz Quliyevin nəşi Füzulidə izdihamla qarşılanıb və ailəsinin yaşadığı Füzuli ərazisindəki Fin qəsəbəsinə gətirilib. Şəhidlə vida mərasimi olub və cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub. Daha sonra şəhidin nəşi dəfn üçün Bala Bəhmənli kənd məzarlığına gətirilib. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, hökumət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər.

Dəfn zamanı şəhidlərimizin ruhuna dualar oxunub və "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirilib.

Şəhid Novruz Quliyev torpağa tapşırılıb.