Gecə klubunun yaxınlığında ATIŞMA: 8 ölü
Ekvadorun Santo Dominqo de los Tsaçilas əyalətində atışma olub.
meqale.com lente istinadən bildirir ki, bu barədə "Ecuavisa" nəşrində məlumat verilib.
Baş verən atışma nəticəsində 8 nəfər ölüb.
Polisin bildirdiyinə görə, daha 5 nəfər yaralanıb.
Hüquq-mühafizə orqanları hadisənin cinayətkar dəstələrin toqquşması ilə bağlı olduğunu ehtimal edir.
Yerli KİV-in məlumatına görə, atışma gecə klubunun yaxınlığında başlayıb və ölənlərdən biri yerli cinayətkar təşkilatın liderinin qardaşı ola bilər.