Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalı izdihamla qarşılanıb - VİDEO - FOTO

Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalının  üçüncü günü Gəncə şəhərində keçirilən konsertlə yadda qalıb. Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət konsertdə Xalq artisti Rafael Bayramovun  dirijorluğu ilə Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri çıxış edib. Konsert proqramında  Xalq artisti Sevinc İbrahimova, Əməkdar mədəniyyət işçisi Mehbarə Cəfərova, gənc ifaçılar Rüstəm Cəfərov, Vasif Bayramov tərəfindən səsləndirilən əsərlər tamaşaçılara xoş ovqat bəxş edib.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Taleh Yahyayev, Mahir Tağızadə və Günel Hacıyevanın ifaları hərarətlə qarşılanıb.

Sonda Müslüm Maqomayevin "Azərbaycan" mahnısı tamaşaçıların istəyi ilə ikinci dəfə səsləndirilib.