Gəncədə evdə qaz balonu partladı - xəsarət alan var
Gəncədə evdə qaz balonu partlayıb.
meqale.com report-a istinadən xəbər verir ki, hadisə nəticəsində Gəncə şəhər sakini, 65 yaşlı E.Həsənov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Zərərçəkən xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisənin ehtiyatsızlıqdan qeydə alındığı bildirilir.