Gəncədə III MDB Oyunlarının açılış mərasimi keçirilib
Gəncə şəhər stadionunda III MDB Oyunlarının açılış mərasimi keçirilib.
meqale.com xəbər verir ki, tədbirdə rəsmi qonaqlar, beynəlxalq idman təşkilatlarının nümayəndələri, idmançılar və tamaşaçılar iştirak ediblər.
Açılış paradında Azərbaycan bayrağını karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə daşıyacaq.
Yarışın bağlanış mərasimi oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.