Gəncədə kişi arvadının qulağını kəsmək istədi - yenilənib

08:21

Gəncədə kişi arvadının qulağını kəsmək istədi - yenilənib
08:21

Gəncə sakininin qulağından bıçaq xəsarəti almasının bəzi təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə xəsarət alan Gəncə şəhər sakini 1994-cü il təvəllüdlü G. Allahverdiyevanın həyat yoldaşı sərxoş vəziyyətdə ona bıçaqla xəsarət yetirib.

Məlumata görə G. Allahverdiyeva hadisəni törədən şəxsin 3-cü həyat yoldaşdır.

Qeyd edək ki, hadisə Gəncə şəhəri ilə Göygöl rayonunun Üçtəpə kəndinin kəsişməsində baş verib.

İlkin məlumta görə G. Allahverdiyevanın həyat yoldaşı polis tərəfindən saxlanıb.

Faktla bağlı araşdırma aparılır

-------------- 2025.02.13 Gəncədə bıçaqlanma hadisəsi baş verib.

meqale.com-ın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü G. Allahverdiyeva qulağının kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Qadına dərhal yardım edilib. Məlumata görə qadını həyat yoldaşı bıçaqlayıb.