Gəncədə ölümlə nəticələnən qəza ilə bağlı “BakuBus”dan - Açıqlama - YENİLƏNİB - FOTO
Bu gün Gəncədə 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı "BakuBus" MMC açıqlama yayıb.
meqale.com xəbər verir ki, açıqlamada deyilir:
"Bu gün saat 16:17 radələrində "BakuBus" MMC-nin istismarında olan, Gəncə şəhərində 5 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, 77-JZ-618 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə Mirzə Şəfi Vazeh küçəsi 15 ünvanında yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata əsasən, avtobus sərnişinlərin minib-düşməsi zamanı dayanacaqda olarkən digər nəqliyyat vasitəsi avtobusun arxa hissəsinə çırpılıb.
Hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib və hazırda araşdırma aparılır. "BakuBus" olaraq digər yol hərəkəti iştirakçılarını yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırırıq".
---------- Gəncənin Gülüstan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə zamanı "Vaz 2107" markalı minik avtomobili ilə "Bakubus" MMC-yə məxsus marşrut avtobusu toqquşub.
Nəticədə minik maşınında olan bir nəfər hadisə yerində ölüb. Hadisə nəticəsində yaralananlar da var.
Qəzada ölən şəxsin 19 yaşlı Qurban Cəbrayılov, xəsarət alanların isə 2004-cü il təvəllüdlü Ramin Quliyev və 2005-ci il təvəllüdlü Əli Abdullayev olduğu müəyyənləşib.
Faktla bağlı araşdırma başlanılıb.