“Qazandığımız təkərə gedir”
Bakı Dairəvi yolunun "Sədərək" Ticarət Mərkəzi istiqamətindən keçən hissəsində yolu genişləndirmək məqsədilə dəmir arakəsmələr kəsilib və yolda dəmir qalıqları saxlanılıb.
meqale.com-ın məlumatına görə, sürücülər bildirir ki, bu, onlar üçün təhlükə yaradır və nəqliyyat vasitələrinə ziyan vurur:
"Gündə iki dəfə təkərim partlayır. Bu yolu düzəltmək lazımdır. Niyə düzəltmirlər? Qazandığımız pul elə təkərə gedir".
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirilib ki, həmin ərazidə əyri xətt dəmir tellərin kəsilməsi ilə genişləndirmə işləri bir neçə il əvvəl icra olunub.