Gəncədə "Qazel" "Hundai"ı çaya "atdı" - Xəsarət alan var - VİDEO
Gəncədə maşın çaya aşıb.
meqale.com xəbər verir ki, hadisə şəhərin Tağı Arani küçəsində qeydə alınıb.
Belə ki, "Qazel" markalı avtomobil "Hundai" markalı maşınla toqquşub. Zərbənin təsirindən minik avtomobili Gəncə çayına aşıb. Xoşbəxtlikdən hadisə zamanı sürücü yüngül xəsarətlər alıb.
Faktla bağlı araşdırma başlanılıb./"Qafqazinfo"