Geri dönəcəyiniz günü çox arzulayırdıq – Laçın sakini
32 il həsrətdən sonra doğma yurduma qayıdıram. Sevincimizin həddi yoxdur. Geri dönəcəyiniz günü çox arzulayırdıq. Allaha şükür ki, bu gün bizə nəsib oldu.
Bunu Trend-ə Laçına geri dönən sakin Əyyub Əzizov deyib.
"32 il idi ki, düşmənlərimiz bizi didərgin salmışdı. Bura da bizim vətənimizdir, amma doğma Vətən ayrıdır. Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm ki, bizi doğma torpağımıza qaytardı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Onların sayəsində biz bu sevinci yaşayırıq, Azərbaycan qalib ölkəyə çevrilib.
Dövlətimiz Laçını çox gözəl bərpa edir, bizim üçün hər cür şərait yaradıb", - deyə o əlavə edib.