Gimnastika millimiz beynəlxalq turnirdə üçüncü oldu
Azərbaycan gimnastika millisi Almaniyanın Fellbax-Şmiden şəhərində keçirilən "Gymnastic International 2024" beynəlxalq turnirində bürünc medal qazanıb.
meqale.com publika.az-a istinadən xəbər verir ki, komandamız bədii gimnastika növündə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Gənc gimnastlar Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova və Fidan Qurbanlı komanda bürünc mükafata yiyələniblər.