Gömrük əməliyyatların 60-65 faizi aşağı risk qrupuna aiddir - İdarə rəisi

Sahibkarların gömrük əməliyyatlarının təhlili zamanı müəyyən edilib ki, ümumi əməliyyatların 60-65 faizi aşağı risk qrupuna aiddir.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Baş Gömrük İdarəsinə təşkil edilmiş mediatur zamanı jurnalistlərə Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov deyib.

O bildirib ki, istər aşağı, istər orta, istərsə də yuxarı risk qruplarının rəsmiləşdirmə müddəti eynidir:

"Aşağı risk əməliyyatları olan sahibkarların könüllü əmretmə prinsipinə qarşılıq olaraq rəsmiləşdirmə müddətinin azaldımasına çalışdıq. Nəticə etibarilə 48-49 saat ərzində rəsmiləşən bəyannamələr hazırda 70-75 faiz azaldılıb".