“Bu il Azərbaycan Premyer Liqasında mübarizə çox maraqlı olacaq”

"Rumıniya II Liqasında mübarizə aparan "Konkordiya"da məşqçiyəm. A kateqoriyalı lisenziyanı bitirmək üzrəyəm və yayda Pro kateqoriyası üçün başlayacağam".

meqale.com xəbər verir ki, bu sözləri "Zirə"nin sabiq futbolçusu Adrian Skarlatake "Futbolpress.az"a açıqlamasında bildirdi. Mütəxəssis Azərbaycan Premyer Liqasının oyunlarını izlədiyini qeyd etdi və çempionatla bağlı fikirlərini bölüşdü:

"Vaxt olduqca oyunları, daha sonra icmalları izləyirəm. Bir çox komandanın matçlarına baxmışam. "Sabah" yaxşı nəticə göstərir və bu, sürpriz deyil. Onların gördükləri müəyyən işlər var. "Qarabağ"la çempionluq yarışındadır. Sabiq klubum "Zirə" isə stabil kollektivdir və hər il, "üçlük"də olurlar. Düşünürəm ki, bu il Azərbaycan Premyer Liqasında mübarizə çox maraqlı olacaq və çempionatı yaxından izləyəcəm".