Göygöldə avtomobil aşıb, ölən və yaralılar var - YENİLƏNİB

23:02

Göygöldə avtomobil aşıb, ölən və yaralılar var - YENİLƏNİB
23:02

Göygöl rayonunda ağır yol qəzası baş verib.

meqale.com xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda qeydə alınıb.

Belə ki, "NİVA" markalı avtomobilin aşması nəticəsində 1983-cü il təvəllüdlü Kaplanov Vəhəddin Fikrət oğlu hadisə yerində dünyasını dəyişib.

Qəza nəticəsində daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

21:50

Göygöl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan Niva markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşıb.

Nəticədə bir nəfər hadisə yerində həyatını itirib. Qəza zamanı avtomobil ciddi deformasiyaya uğrayıb.

Hadisə yerinə dərhal FHN-in Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları və polis cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.