Qatıq suyunu atmayın - tamam başqa faydası var imiş
Qatığın qapağını açdıqda üzərində toplanan sarımtıl suyu çox vaxt heç düşünmədən atırıq. Halbuki mütəxəssislərin sözlərinə görə, bu maye qatığın qida dəyəri ən yüksək hissəsidir və immunitetdən tutmuş həzmin yaxşılaşmasına qədər bir çox məsələdə təbii dəstək rolunu oynayır.
meqale.com xəbər verir ki, bu suyun tərkibi B vitaminləri, kalsium, zülal və probiotiklərlə son dərəcə zəngindir. Buna görə də immuniteti gücləndirməkdən həzm sistemini tənzimləməyə qədər bir çox fayda verir.
Qatıq suyunda olan süd turşusu və probiotik bakteriyalar bağırsaq florasını tarazlayır. Mütəxəssislər bildirir ki, müntəzəm istifadə edildikdə şişkinlik, həzmsizlik, bağırsaq ritmini pozulması kimi tez-tez rast gəlinən problemlərin azalmasına kömək edir.
Tərkibindəki yüksək kalsium sayəsində sümük və diş sağlamlığına müsbət təsir göstərən qatıq suyu eyni zamanda dəri üçün təbii tonik rolunu oynayır. Pambıq vasitəsilə dəriyə tətbiq edildikdə məsamələri sıxlaşdırdığı və daha parlaq görünüş yaratdığı qeyd olunur.
Qatıq suyundan yararlanmaq çox sadədir:
Ayran, smuzi və ya doğramaca əlavə edə bilərsiniz;
Xəmirdə su əvəzinə istifadə edərək daha yumşaq və elastik xəmir əldə etmək mümkündür;
Şorba və souslara qataraq qida dəyərini artıra bilərsiniz;
İdmandan sonra təbii zülal dəstəyi kimi içilə bilər.