Göz şişkinliyini aradan qaldırmaq üçün bunları edin: 6 qızıl qayda
Allergiya, kosmetik vasitələr, ağlamaq, yuxusuzluq və bir çox digər səbəblərdən gözdə şişkinlik əmələ gələ bilər.
Bunun aradan qaldırılması üçün nə etmək lazımdır?
meqale.com lente istinadən göz şişkinliyini aradan qaldırmaq üçün təbii üsullarla həyata keçirəcəyiniz 6 qaydanı təqdim edir:
Buz
Səhər oyandığınız zaman 2 buz qəlibini göz qapağına 10 dəqiqə müddətində kompres edin.
Çay vannası:
Soyuq çay paketlərini gözünüzün üzərinə qoyun və 5-10 dəqiqə saxlayın.
Çiy kartof:
Çiy kartofu əzin və göz qapaqlarının üzərində 15 dəqiqə saxlayıb ilıq su ilə durulayın.
Süd:
Soyuq südə batırılmış pambığı göz qapağına sürtüb 10 dəqiqə gözləyin.
Xiyar:
Xüsusilə yorğunluqla bağlı göz şişkinlikləri zamanı incə bir dilim xiyarı göz qapağının üzərinə qoyub 10-15 dəqiqə saxlayın.
Metal qaşıq:
Metal qaşığı göz qapağına yüngülcə qoyub bir az gözləyin. Bu üsul qan dövranını sürətləndirir və gözləri rahatladır.