Güclü külək və dolu Qaxda fəsadlar törətdi - FOTO

Respublikamızın şimal-qərb bölgəsi rayonlarında qeyri-sabit hava şəraiti davam edir. Sentyabrın 7-dən 8-nə keçən gecə güclü külək və leysan yağışları Qax rayonu ərazisində də fəsadlara səbəb olub.

Bu barədə rayon fövqəladə hallar komissiyasından bildirilib.

Qeyd edilib ki, güclü külək nəticəsində Qax şəhəri ərazisində 4 ağac aşıb, Güllük kəndində sakinə məxsus həyətyanı torpaq sahəsində 100 kvadratmetr hasar uçub. Dolu düşməsi nəticəsində Qax şəhərində vətəndaşlara məxsus fərdi təsərrüfatlarda meyvə ağaclarına və üzüm bağlarına ziyan dəyib.