Güləş əfsanəsi öldü: Zəhərləyiblər?
Rusiyalı güləş əfsanəsi Buvaysar Saytiyev dünyasını dəyişib.
meqale.com xəbər verir ki, ağciyər xəstəliyindən əziyyət çəkən sərbəst güləş üzrə üçqat olimpiya çempionu 49 yaşında vəfat edib. Onun 9 gün sonra 50 yaşı tamam olacaqdı.
Saytiev Moskva xəstəxanalarından birində dünyasını dəyişib. O, zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib, ölümünün səbəbinin ürəyinin dayanması olduğu təxmin edilir.