Güləşçilərimizdən Avropa çempionatında 1 gümüş, 2 bürünc medal
Azərbaycanın yunan-Roma güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında 1 gümüş və 2 bürünc medal qazanıblar.
meqale.com xəbər verir ki, Ziya Babaşov (63 kq) finalda moldovalı Vitali Yeriomenkoyla qarşılaşıb və 1:3 hesabı ilə məğlub olub.
Beləliklə, Babaşov qitə birinciliyini gümüş medalla başa vurub.
Elmir Əliyev (55 kq) bürünc medal uğrunda görüşdə çexiyalı Filip Bartoşikə heç bir şans tanımayıb (8:0) və fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.