Gürcüstanda Saakaşvilinin partiyası qadağan olunacaq
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin təsis etdiyi "Vahid Milli Hərəkat" partiyası və ona bağlı partiyalar konstitusiyaya zidd elan olunacaq və bundan sonra seçkilərdə iştirak edə bilməyəcək.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının icraçı katibi Mamuka Mdinaradze deyib.
"Artıq indiki mərhələdə aydındır ki, istintaq [parlament] komissiyasının rəyi bu partiyaların konstitusiyaya zidd elan edilməsi üçün möhkəm hüquqi baza olacaq və mən əminəm ki, Konstitusiya Məhkəməsi obyektiv qərar verəcək", - deyə o bildirib.