Gürcüstanın futbolçu prezidenti sələfini polislə hədələdi

Gürcüstanın yeni seçilmiş prezidenti Mixeil Kavelashvili "İmedi" telekanalına müsahibə verib.

Gürcüstanın futbolçu prezidenti sələfini polislə hədələdi
Gürcüstanın yeni seçilmiş prezidenti Mixeil Kavelashvili "İmedi" telekanalına müsahibə verib.

meqale.com həmin müsahibədən əsas məqamları təqdim edir:

▪️ Komanda qərara gəldi ki, prezidentlik institutunu konstitusiya çərçivəsinə qaytaran şəxs mən olacam. Cənab Bidzina İvanişviliyə və bütün komandama mənə göstərdikləri dəstəyə görə təşəkkür edirəm.

▪️ Mən İsveçrədə yaşamışam və o sakit ölkədə, hər hansı aksiya bir az şişirdilmiş xarakter daşıyanda polisin necə sərt şəkildə davrandığını, qadın və kişi arasında fərq qoymadığını təəccüblə müşahidə edirdim.

▪️ İndi isə mənim vətəndaşlarla, xüsusilə də mənimlə eyni fikirli olmayan insanlarla birbaşa danışmaq imkanım var. Mənim marağım ondan ibarətdir ki, müzakirələrə yol tapım və hər iki tərəflə həqiqəti danışa bilim.

▪️ Ölkənin maraqlarının müdafiəsinə yanaşmam parlament üzvü və "Xalqın Gücü" partiyasının nümayəndəsi kimi tutduğum mövqedən fərqlənəcək.

▪️ Gürcüstanın öz dəyərlərindən imtina edərək Aİ-yə daxil olması mənasızdır. Biz xalqımızın mədəniyyətini, dilini və inancını itirmək istəmirik. Biz Avropa İttifaqının üzvü olmaq istəyirik, amma olduğumuz kimi.

▪️ Zurabaşvili hökumətin siyasətinə qarşıdırsa, istefa verməli idi. Gürcüstan Konstitusiyası prezidentə hökumətlə qarşıdurmaya getmək imkanı vermir.

▪️ Son illər çıxışlarım ictimaiyyətə bir qədər sərt görünə bilərdi, lakin bu, həmin dövrdə qarşımdakı tapşırıqlarla əlaqədar idi.