Gürcüstanın sabiq Baş nazirini döyüb xəstəxanalıq etdilər

Gürcüstanın sabiq Baş naziri, müxalif "Gürcüstan naminə" partiyasının lideri Giorgi Qaxariya Batumidə fiziki hücuma məruz qalıb.

Gürcüstanın sabiq Baş nazirini döyüb xəstəxanalıq etdilər
Gürcüstanın sabiq Baş naziri, müxalif "Gürcüstan naminə" partiyasının lideri Giorgi Qaxariya Batumidə fiziki hücuma məruz qalıb.

meqale.com xəbər verir ki, bu barədə partiyanın üzvü Natia Mezvrişvili sosial şəbəkədə məlumat paylaşıb.

Bildirib ki, Batumdə "Şeraton" hoteldə fiziki zorakılığa məruz qalan Qaxariya klinikaya yerləşdirilib.

Klinikanın yaydığı məlumata görə, hücum nəticəsində sabiq Baş nazirin burnu sınıb və beyin silkələnməsi var.

Həkim Tako Şantadzenin sözlərinə görə, gecə saatlarında təcili yardım briqadası tərəfindən klinikaya gətirilən Qaxariya huşunu itirib. Onun hemodinamıkasının stabil olduğu və öz istəyi ilə klinikianı tərk etdiyi bildirilib.