Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var
Hacıqabulda yol-nəqliyyat hadisəsi olub.
meqale.com APA-ya istinadən xəbər verir ki, Bakı sakini, 1986-cı il təvəllüdlü Mehman Məmmədhüseyn Azad oğlunun idarə etdiyi "Ford Transit" markalı avtomobil aşıb.
Nəticədə sürücü və sərnişin - Bakı sakini 2005-ci il təvəllüflü Vəliyev Əmrah Novruz oğlu xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.