Hacıqabulda qatarda baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA - Yenilənib - FOTO

08:24 Ötən gün Hacıqabul stansiyasında Rusiyadan göndərilən ağac kömürü yüklənmiş 1 vaqonda tüstülənmə ilə müşahidə olunan yanğın baş verib.

Hacıqabulda qatarda baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA - Yenilənib - FOTO
08:24 Ötən gün Hacıqabul stansiyasında Rusiyadan göndərilən ağac kömürü yüklənmiş 1 vaqonda tüstülənmə ilə müşahidə olunan yanğın baş verib.

meqale.com xəbər verir ki, yanğının qarşısının alınması üçün vaqon hərəkət tərkibindən ayrılıb, yanmış kömürlər vaqondan boşaldılıb, soyutma işləri aparılıb. Yanğın söndürülüb.

İlkin versiyaya görə, hadisə vaqondakı kömürlər bir-birinə sürtündükcə yaranan qızışmaya görə baş verib.

Vaqon Yalama stansiyasında yükdaşıma qaydalarına uyğun olaraq həm gömrük, həm də yükgöndərən tərəfindən plomblanmış şəkildə qəbul edilib. Qaydalara əsasən, vaqon bu şəkildə təyinat nöqtəsində çatdırılmalıdır.

Yüklərin vaqona yükgöndərən tərəfindən yükləndiyini, vaqonun plomblu olduğunu və bu formada təhvil verilməli olduğunu nəzərə alsaq, hadisədə məhz yükgöndərən məsuliyyət daşıyır.

Yanğın nəticəsində Azərbaycan Dəmir Yollarına zərər dəyməyib.

Yanğınsöndürmə işlərinə cəlb olunan ADY-nin bir əməkdaşı halı pisləşdiyi üçün həkimə aparılıb, lakin səhhətində heç bir problem olmadığı üçün evə buraxılıb.

------------ 00:00 Hacıqabulda qatarda yanğın olub, 4 nəfər tüstüdən zəhərlənib.

meqale.com report-a istinadən xəbər verir ki, hadisə rayon ərazisindən keçən qatarların birində qeydə alınıb.

İlkin məlumata görə, qatarın kömür qutularının qızışması zamanı tüstü ilə müşahidə olunan yanğın baş verib. Yanğın dərhal söndürülsə də, dörd nəfər Hacıqabul sakini, 2000-ci il təvəllüdlü Yaqubov İlqar Mərhəmət oğlu, 1987-ci il təvəllüdlü Həsənov Emin Bəxtiyar oğlu, 1995-ci il təvəllüdlü Əkbərov Əkbər Teymur oğlu və 1972-ci il təvəllüdlü Qədirov Mübariz Xanbaba oğlu tüstüdən zəhərləniblər.

Zərərçəkənlər Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.