Hadi Rəcəbli dəfn olundu - YENİLƏNİB - FOTO

15:29 Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli ilə vida mərasimi başa çatıb.

Hadi Rəcəbli dəfn olundu -  YENİLƏNİB - FOTO
15:29 Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli ilə vida mərasimi başa çatıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, deputat Yasamal qəbiristanlığında dəfn olunub. 

Qeyd edək ki, H. Rəcəbli I-V çağırış Milli Məclisin deputatı (1995-2020-ci illər), Əmək və sosial siyasət komitəsinin sədri olub.

--------

13:45 Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli ilə vida mərasimi başa çatıb.

meqale.com report-a istinadən xəbər verir ki, Təzəpir məscidində keçirilən vida mərasimində mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər.

Hazırda onun cənazəsi dəfn olunması üçün II Fəxri xiyabana aparılır.

-------

11:56

Sabiq deputat Hadı Rəcəbli ilə vida mərasimi keçirilir.

meqale.com Trend-ə istinadən bildirir ki, vida mərasimi Təzəpir məscidində keçirilir.

Mərasimdə mərhumun qohumları, ictimaiyyət və media nümayəndələri iştirak edir.

Qeyd edək ki, sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli bu gün səhər saatlarında ürəktutmasından vəfat edib.