Hakan Fidan Türkiyə və Ermənistan arasında sərhədlərin açılmasından danışdı
Türkiyə və Ermənistan arasında sərhədlərin açılması mövzusunda Azərbacanla koordinasiyalı hərəkət edirik .
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarına uyğun qərar verəcəyik. Orta dəhlizdən bəhs edən nazir bildirib ki, burada çox böyük potensial var.