Hakerlər İranda dron istehsalının dəyərini açıqladı - FOTOlar

"Prana" haker şəbəkəsi Şahid-136 hücum dronlarının istehsalı və dəyəri barədə məlumat yayıb.

Hakerlər İranda dron istehsalının dəyərini açıqladı - FOTOlar
"Prana" haker şəbəkəsi Şahid-136 hücum dronlarının istehsalı və dəyəri barədə məlumat yayıb.

meqale.com xarici mətbuata istinadən xəbər verir ki, SEPAH İran və Rusiya arasında qanunsuz silah satışını təşviq edən "Tander Sahra" adlı minaatan istehsalı şirkəti idarə edir. 

Bir qrup təcrübəli haker fərdi pilotsuz uçan aparatın istehsal dəyəri, eləcə də İranı idarə edən islam rejiminin "Şahid-136" pilotsuz təyyarəsinin Rusiyaya satışından əldə etdiyi gəlirin daxili sənədlərini dərc etməyə nail olub.

Sənədlər göstərir ki, dron istehsalı 375 min dollara başa gəlir. Danışıqlar zamanı razılıq əldə olunub ki, Rusiya 6 min ədəd sifariş verərsə hər pilotsuz təyyarə cəmi 193 min dollar, 2 min ədəd sifariş verərsə, qiymət 290 min dollar olacaq.