Hans Zimmerə həsr olunmuş "Mystery Ensemble" şam işığında konserti keçiriləcək
Unikal konsert mart ayının 29-da saat 20:00 Bakının mərkəzində Azərbaycan Dövlət Filarmoniyasının (Kirxa) Kamera və Orqan Musiqisinin fantastik atmosferli zalında keçiriləcək. Gecənin proqramında dünya şöhrətli bəstəkar Hans Zimmerin musiqilərini mükəmməl şəkildə,rəngarəng ifaları ilə Mystery Ensemble-nın orkestrları yüzlərlə yanan şamların əhatəsində ifa edecəklər. Bütün ailənin zövqünə zəmanət verilir . Konsertin idarə və təşkilat agentliyi RED EVENTS & Distribution ltd.
Zimmer - "Ceyms Bond" , " Ulduzlararası ", " Başlanğıc" , "Dune" , "Qladiator" , "KaribDənizinin Quldurları" və yüzlərlə kinoxit haqqında filmlərin saundtrekilərinin müəllifidir.
Hans Zimmer 21-ci əsrin ən məşhur , yenilikçi və kommersiya cəhətdən uğurlu film bəstəkarlarından biridir. Son zamanların Hollivud kinosuna və ümumiyyətlə pop mədəniyyətinin tarixinə böyük təsir gösteren bir insandir. O , Almaniyada bir yəhudi ailəsində anadan olub və uşaq ikən Londona köçüb. Atasını kiçik yaşlarında itirib və bu kədərdən özünə musiqidə sığınacaq tapmışdı.
Hollivudda Hans Zimmerə "alman maşını" adını qoyublar. Daimi karyerası ərzində heç vaxt işini durdurmayıb və işinin keyfiyyətini aşağı salmayıb. Başgicəlləndirici,gərgin simfonik hissələrin və elektronikanın ustası olan Zimmer, rejissor Christopher Nolan ilə olan əməkdaşlığı sayəsində xüsusi populyarlaşdı. Hans demək olar ki,onun bütün filmləri üzərində işləyib.
Konsertin proqramında seçilmiş kompozisiyalar : " Ulduzlararası ", " Başlanğıc" , "Qladiator" , "Karib Dənizinin Quldurları" və s yer alıb.
Konsert başlamazdan əvvəl sizi yüzlərcə parıldayan şamlarla dolu salonun interyerini seyr etməyə dəvət edirik. Gözünüzü gəzdirin,inanılmaz bir atmosferə qərq olun.
Şam işığında konsertlərimiz Bakının ən qeyri-adi atmosferi sehrlə dolduran konsertlərdəndir.Biz sizə canlı musiqinin multisensor qavrayışının unikal təcübəsini təqdim edirik.Canlı musiqimizlə eşitmə,vizual və toxunma hisslərinizdən maksimum yararlandığınızı istəyirik. Musiqini eyni zamanda bütün hisslərinizlı hiss edin.
Salonda mükəmməl birləşmə : kamera atmosferi və ansablın ifası gecəni unudulmaz edəcək. Mart ayının ən gözəl,sehrli konsertinə bilet almaq fürsətini qaçırmayın.