Harri Keyn Premyer Liqaya qayıtmaq istəyir - "Tottenhem"ə yox!

"Bavariya"nın hücumçusu Harri Keyn İngiltərə Premyer Liqasına qayıtmağı düşünür.

Harri Keyn Premyer Liqaya qayıtmaq istəyir -
"Bavariya"nın hücumçusu Harri Keyn İngiltərə Premyer Liqasına qayıtmağı düşünür.

meqale.com Trend-ə istinadən bildirir ki,  ingilis futbolçu artıq Premyer Liqaya qayıtmaq planları qurur. 31 yaşlı forvardın oynamaq istədiyi klub "Liverpul"dur.

Qeyd edək ki, "Bavariya" Harri Keyni 2023-cü ilin yayında "Tottenhem"dən transfer edib

İngiltərə millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 32 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli hücumçunun Almaniya klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimidir.