"Harri Potter"in aktrisası filmin izləyicilərini lağa qoydu

"Harri Potter" film seriyasında rol alan aktrisa Miriam Marqolis ekran işinin yaşca böyük pərəstişkarlarını lağa qoyub.

"Harri Potter" film seriyasında rol alan aktrisa Miriam Marqolis ekran işinin yaşca böyük pərəstişkarlarını lağa qoyub.

meqale.com axşam.az-a istinadən xəbər verir ki, 82 yaşlı aktrisa bəzi izləyicilərin üzərindən 25 il keçməsinə baxmayaraq insanların "Harri Poter" temalı nələrsə etməsini anlamadığını deyib. O, ekran işinin izləyicilərinə böyümələrini təklif edib:

"Harri Potter" pərəstişkarları üçün narahatam. Onlar indiyə qədər bunu aşmalı idilər. 25 il əvvəl olub. Bu, uşaqlar üçün bir hekayədir. İnsanlar mənə deyirlər: "Harri Potter" temalı toyumuz olacaq. Fikirləşirəm ki, bu, necə olacaq? Təsəvvür etmək qorxuncdur!".

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun