Havada normadan artıq toz var

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Havada normadan artıq toz var
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva meqale.com-a bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır.

"Havada müşahidə olunan toz meteoroloji vəziyyətlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb bu gün səhər saatlarından   başlayan güclü şimal-qərb istiqamətli küləklərin yerin üst quru səthində formalaşan toz kütlələrini ətraf ərazilərə yaymasıdır. Tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir", - R.Allahverdiyeva bildirib.