"Heç-heçədən razıyam" - Vasili Berezutski
"Sabah"ın baş məşqçisi Vasili Berezutski Misli Premyer Liqasının 24-cü turunda "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri oyundan danışıb.
meqale.com xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Çox maraqlı oyun alındı. Hava şəraiti kəskin olsada, hər iki tərəf qarşılıqlı hücumlar edirdi. "Qarabağ"ın da, sonlarda bizim də fürsətlərimiz oldu. Onları vursaydıq, qalib gələrdik. "Qarabağ" kimi rəqiblə matçda heç-heçədən razıyam.
- Hücum mövqeyində oynayan oyunçularınız sanki epizodlar zamanı konsentrasiyalı deyildi. Səbəbi nədir?
- Məşqlərdə bizim qədər hücumu sonlandırmasını işləyən komanda yoxdur. İnanıram ki, keyfiyyətə gətirib çıxaracağıq. Komandamın müdafiədən topla çıxmasından narazı qaldım. Qısa paslar zamanı itkilərimiz oldu.
- Burada futbolçu kimi oynamısınız, indi isə baş məşqçi kimi komandanızı oyuna çıxardınız. Hansı hissləri keçirdiniz?
- Bura gəlməmişdən qabaq analitiklə danışdıq ki, burada oynamışam, ya yox. Yadımda qalan odur ki, "Neftçi" - SSKA matçında ehtiyatda oturmuşdum. Azərbaycan - Rusiya matçı yadımdadır. Mənim üçün xoş hisslərdir. Əfsanəvi Tofiq Bəhramovun adını daşıyan stadionda oynamaq, baş məşqçi kimi matça çıxmaq xoşdur.
- SSKA-da işləyəndə Kadi Borges "Krasnodar"a qarşı oynayıb. Onun haqqında hansı fikirdəsiniz?